• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Donald Tramp KXDR liderindən məktub alıb

22:00 09/08/19 | Dünya

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Indan məktub aldığını bəyan edib.

Reuters agentliyi Trampın bu sözlərini sitat gətirib: “Mən dünən Kim Çen Indan çox yaxşı məktub almışam. Zənn edirəm ki, bizim yeni görüşümüz olacaq”. Bununla belə, Ağ evin sahibi belə bir görüşün nə vaxt baş tuta biləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda keçirilib. O vaxt Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammiti isə nəticəsiz başa çatmış, heç bir sənəd imzalanmamışdı. Liderlər, sadəcə olaraq, dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.

İyunun 30-da Tramp və Kim Çen In arasında sayca üçüncü şəxsi görüş olub. Bu dəfə iki lider KXDR və Koreya Respublikasının sərhədindəki silahsızlaşdırılan zonada – Pxanmuncomda görüşüblər. ABŞ Prezidenti bu görüşdən sonra bildirib ki, tərəflər danışıqları işçi səviyyəsində bərpa etməyi nəzərdə tuturlar.


Facebook

Instagram

Youtube

SORĞU


test