• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

18:50 19/08/19 | Siyasət

Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə etdi və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə etdilər.

Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırıldı. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3