• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

Yığmamız Xorvatiya üzərində çətin qələbə qazandı

21:00 23/08/19 | İdman

Qadın voleybolçular arasında Avropa çempionatı start götürüb. Azərbaycan millisinin yer aldığı C qrupunun görüşləri Macarıstanın paytaxtı Budapeştdə keçirilir.

Yığmamız bu gün ilk oyununa çıxıb. Covanni Kapraranın yetirmələrinin rəqibi Xorvatiya millisi olub. Komandamız ilk seti qələbə ilə başa vursa da, növbəti iki setdə xorvatlar sevinib. Bundan sonra toparlanan yığmamız hesabı bərabərləşdirməyi bacarıb - 2:2. Tay-brekdə isə yerdəyişməyəcən məğlub durumda olmasına baxmayaraq, millimiz sonda çətin qələbəni rəsmiləşdirib.

Komandamız növbəti görüşünü avqustun 25-də Hollandiyaya qarşı keçirəcək. Ertəsi gün isə qrupdakı son turda rəqibimiz meydan sahibi Macarıstan olacaq.

Avropa çempionatı
C qrupu, I tur
Xorvatiya - Azərbaycan - 2:3 (13:25, 25:20, 25:22, 24:26, 15:17)


Facebook

Instagram

Youtube

SORĞU


test