• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8739 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2962

İçərişəhərdə “İnkvizisiya-Orta əsr işgəncə alətləri” sərgisi başa çatıb

07:30 02/09/19 | Mədəniyyət

“İçərişəhər” Muzey Mərkəzinin Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya-Orta əsr işgəncə alətləri” sərgisi başa çatıb.

Azadaz xəbər verir ki, ekspozisiyada kafir və cadugərlərə qarşı Avropada məhkəmə proseslərində qurbanları ağrıtmaq, onlardan məcburən etiraf əldə etmək üçün xüsusi olaraq düşünülmüş 70-ə yaxın qurğu nümayiş olunub. Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiya dövründə çox geniş yayılmış bir təcrübə olub.

İçərişəhər kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərq və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verib.

Sərginin məzmunu kifayət qədər dramatik və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngin olub. Ziyarətçilərə təqdim edilən ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir. Çünki buradakı hər bir eksponat tam mənası ilə yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurub.


Facebook

Instagram

Youtube

SORĞU


test