• 2018.12.15

Bakı Ali Neft Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi açılıb

Baxış sayı: 127
13:00 01/05/18 | Təhsil Elm

Bakı Ali Neft Məktəbində (BANM) tələbə həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan sərgi keçirilib.

Tədbirdə 2012-ci ildən AXC və mühacirət tarixi ilə bağlı materiallar toplayan jurnalist Dilqəm Əhmədin kolleksiyası nümayiş etdirilib.

Tədbirdə çıxış edən D.Əhməd Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Camo bəy Hacınski, Səməd bəy Mehmandarov, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər, onların Azərbaycan tarixində rolu və gördükləri böyük işlər barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Daha sonra tələbələr jurnalistin AXC dövrü ilə bağlı kolleksiyası, burada nümayiş etdirilən şəkil və tarixi sənədlərlə tanış olublar.