• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

Qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib

06:00 05/09/19 | İdman

Sentyabrın 4-də Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib.

Azadaz xəbər verir ki, yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstanı 3:0, Türkiyə seçməsi Hollandiyanı 3:0, İtaliya yığması Rusiyanı 3:1, Polşa komandası isə Almaniyanı 3:2 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Serbiya millisi İtaliya, Türkiyə yığması isə Polşa ilə qarşılaşacaq.

Çempionatın yarımfinal mərhələsinin oyunlarına Türkiyə ev sahibliyi edəcək. Qarşılaşmalar sentyabrın 7-də təşkil olunacaq.

Qitə birinciliyinin C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.


Facebook

Instagram

Youtube

SORĞU


test