• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8739 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2962

Azərbaycan boksçusu Rəşid Həsənov Avropa çempionatına qələbə ilə başlayıb

06:30 05/09/19 | İdman

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatına start verilib. İlk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

Azadaz xəbər verir ki, komandamızın heyətində Rəşid Həsənov qitə birinciliyinə qələbə ilə başlayıb. Çempionatda 64 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz Simon Vollmerlə (Almaniya) döyüşdən qalib ayrılıb – 4:1. O, 1/8 finalda ilk mərhələdən azad olan isveçli Hampus Bromanla üz-üzə gələcək. Bu qarşılaşma sentyabrın 8-də baş tutacaq.

R.Həsənovdan fərqli, Maqsud Xasmetov (52 kq) türkiyəli Samet Gümüşə, Eldar Babayev (60 kq) irlandiyalı Killian Kartiyə və Səlim Səlimov (69 kq) isə uelsli Qaran Qrofta məğlub olub.

Sentyabrın 5-də mübarizəyə daha 4 boksçumuz qoşulacaq. İqor Platov (75 kq) Valeri Razmeritanı (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevitti (İngiltərə), Murad Allahverdiyev (81 kq) Stoil Stanoyevu (Belarus) və Fuad Cəfərov (91 kq-dan yuxarı) Viçenzo Fiasçettini (İtaliya) sınağa çəkəcək.


Facebook

Instagram

Youtube

SORĞU


test