• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

UEFA 2020-ci il Avropa çempionatının daha 14 səfirinin adlarını elan edib

08:30 05/09/19 | İdman

Avropa Futbol Federasiyaları Birliyi (UEFA) 2020-ci il Avropa çempionatının daha 14 səfirinin adlarını elan edib.

Azadaz çempionatın təşkilat komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, adları daha əvvəl elan edilmiş 34 səfirə, 2014-cü ilin dünya çempionu Miroslav Kloze (Almaniya), 2008-ci ilin Avropa çempionu Markos Senna (İspaniya), 2004-cü ilin Avropa çempionları Yorqos Karaqunis və Teodoros Zaqorakis (Yunanıstan), 1996-cı il Avropa çempionatının gümüş mükafatçısı Patrik Berger (Çexiya), 1996-cı il Avropa çempionatının bürünc mükafatçıları Devid Simen və Pol Haskoyn (İngiltərə), 1984-cü il Avropa çempionları Jan-Fransua Domerq, Alen Jiress, Jan Tiqana və Luis Fernandes (Fransa), 1996-cı il Avropa çempionları Şteffen Froynd, Kristian Siqe və Tomas Helmer (Almaniya) əlavə olunub.

48 səfirin siyahısında, o cümlədən, Andrey Arşavin (Rusiya), Alessandro Del Pyero (İtaliya), Yuri Corkayeff, Tyerri Anri, David Trezeqe (Fransa), Patrik Klyuyvert və Rud Qullit (Hollandiya), Yurgen Klinsmann və Lotar Matteus (Almaniya) daxildir.

Azadaz xəbər verir ki, 2020-ci ildə turnirin 60 illik yubileyi şərəfinə təşkil edilən Avropa çempionatı iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində keçiriləcək. Sankt-Peterburq qrup mərhələsinin üç matçını və dörddəbir finalı qəbul edəcək. Avropa çempionatının görüşləri, həmçinin London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində keçiriləcək.


Facebook

Instagram

Youtube

SORĞU


test