• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub - Əli Əhmədov

16:00 06/09/19 | Siyasət

Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur.

Bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu gün YAP-ın ən nəcib layihələrdən biri baş tutdu, çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi.

Baş nazirin müavini əlavə edib ki, bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil:

“Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”.


Facebook

Instagram

Youtube

SORĞU


test