• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Dağlıq Qarabağdakı qanunsuz "seçkilər" xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir - Tural Gəncəliyev

20:00 13/09/19 | Siyasət

Dağlıq Qarabağdakı qanunsuz "seçkilər" xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir.

Bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (DQBAİ) rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, saxta “seçkilər” həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verir: "Bununla bağlı Dağlıq Qarabağda qanunsuz "seçkilər" keçirir, bir-iki nəfər xarici ölkədən olan deputat və nümayəndələri Dağlıq Qarabağa gətirməklə şou yaradırlar. Bu, yalnız təxribat xarakterli hərəkətlərdir, xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Onlar çaba altında olan erməni icmasından alət kimi istifadə etməklə belə təxribatlara əl atırlar. Bu təxribatların isə heç bir nəticəsi olmayacaq. Dağlıq Qarabağa səfər edən həmin nümayəndələrə biz öz tərəfimizdən bəyanatlar veririk, onları həmin səfərdən çəkindirməyə çağırırıq. Təbii ki bu səfərlərin heç bir hüquqi əsası yoxdur".


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3