• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı

19:40 16/09/19 | Mədəniyyət

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun növbəti romanı artıq çapa hazırdır.

Bu barədə Yunus Oğuz özü məlumat verib. Kitabın yaxın günlərdə çapa verilməsi nəzərdə tutulub. Yazıçı bildirib ki, bu dəfəki romanı əfsanəvi sərkərdə Çingiz xana həsr olunub.

"Çingiz" xan adlanan romanda tatarların və moğolların möhtəşəm tarixindən, onların dünyaya yeni düzən gətirməsindən geniş bəhs edilir.

Qeyd edək ki, Yunus Oğuz bundan əvvəl də bir çox tarixi şəxsiyyətlərimizdən bəhs edən onlarla roman yazıb. Yazıçının əsərlərinin bir çox ölkələrdə təqdimatı keçirilib, ayrı-ayrı dillərə tərcümə olunub.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3