• 7 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9155 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2929

Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

17:50 17/09/19 | Dünya

Yerevan Ümumi Məhkəməsi 2008-ci ilin mart hadisələrilə bağlı Konstitusiya quruluşunu devirməklə bağlı ittiham əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması barədə qərar çıxarıb.

Sabiq prezidentin vəkilləri məhkəmənin iclası zamanı onu girov müqabilində azad edilməsi barədə vəsatət qaldırıblar. Müttəhim bununla bağlı girov müqabilində azadlığa buraxılacağı təqdirdə, istintaqdan yayınmaq fikrində olmadığını bildirib.

“İstintaqdan gizlənməyimi dilə gətirməyin özü belə heysiyyətimə toxunur”, - R.Koçaryan qeyd edib.

Bundan əvvəl Ermənistan Cinayət Məcəlləsinin R.Koçaryanın həbsinə əsas olan 35-ci maddəsi Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd elan edilmişdi.

Çində bu il 5G şəbəkəsi üçün 600 mindən çox baza stansiyası quraşdırılacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?