• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Ölkədə 56 462 şagird yerini dəyişmək istəyir

14:15 18/09/19 | Təhsil

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56 462 müraciət daxil olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 53 595 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 2 086 sorğu hazırda icra edilir, 781 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Qeyd edək ki, yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək müvəqqəti dayandırılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3