• 7 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9155 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2929

Çin Azərbaycanda şin zavodu tikəcək

14:25 20/09/19 | İqtisadiyyat

2020-ci ilin əvvəlindən Azərbaycanda şin zavodunun tikintisi planlaşdırılır. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, zavodun tikintisini Çinin CNEEC şirkəti həyata keçirəcək:

“Yeni zavodun Sumqayıt kimya-sənaye parkının ərazisində tikilməsi planlaşdırılır. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Sənəd ilin sonunadək hazır olacaq”.

Qeyd edək ki, CNEEC tikinti və mühəndislik sahələrində dünyanın ən iri şirkətlərindən hesab olunur.

Çində bu il 5G şəbəkəsi üçün 600 mindən çox baza stansiyası quraşdırılacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?