• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

"ABŞ bütün sahələrdə Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir" - Maykl Pompeo

17:30 20/09/19 | Siyasət

ABŞ-ın dövlət katibi Maykl Pompeo "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir: 

"Amerika Birləşmiş Ştatları adından Sizi və Azərbaycan Respublikasının xalqını Əsrin Müqaviləsinın imzalanmasının iyirmi beş illik ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu il qeyd olunan iyirmi beş illik ildönümü Azərbaycanın öz enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasına dair öhdəliyə sadiq olduğu zaman yer alacaq. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar Azərbaycanın enerji ehtiyatlarının inkişafına, Avropa və qlobal enerji təhlükəsizliyinin qorunmasına və müstəqil dövlət kimi inkişafına dair göstərdikləri səylərdə sadiq tərəfdaşı olmuşdur. 1994-cü ildə sözügedən müqavilənin imzalanması və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası sayəsində Azərbaycan dünya neft bazarında vacib təchizatçiya çevrilmiş və Xəzər və Aralıq dənizləri arasında ilk enerji əlaqəsinin yaradılmasında vacib rol oynamışdır.

Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan Cənub Qaz Dəhlizinə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağı davam edir. Prezident Tramp 26-cı Xəzər Neft və Qaz Sərgisi münasibətilə ünvanladığı məktubda qeyd etdiyi kimi, biz Sizin səylərinizi dəstəkləyir və Azərbaycanın iqtisadi uğurunun bölgədə sabitliyin və firavanlığın inkişafı üçün vacib olmasına inanırıq.

Enerji sahəsində olan uğurlu tərəfdaşlığımız bizim həmçinin iqtisadi, təhlükəsizlik, insan haqlarının irəliləməsi, fundamental azadlıqlar və demokratik idarəçilik sahələrini əhatə edən strateji münasibətlərimizə də müsbət töhfə vermişdir.

Birləşmiş Ştatlar sözügedən bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir. Yenidən bu mühüm ildönümü münasibətilə Sizi təbrik edirəm". 


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3