• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu!

18:50 04/10/19 | İdman

Şahmat üzrə Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun qalibi bu gün müəyyənləşib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla çinli həmkarı Dinq Liren arasında 4 final qarşılaşmasıdan ibarət klassik mübarizədə qalib bilinməyib - 2:2. 

Buna görə turnirin qalibi müəyyənləşdirmək üçün bu gün tay-brek keçirilib. Bakı vaxtilə saat 14:00-da başlayan ilk partiyada Rəcəbov ağ fiqurlarla oynayıb. Partiya 64-cü gedişdə heç-heçə bitib. Bir qədər sonra başlayan ikinci partiyada Teymur artıq qara fiqurlarla çıxış edib. Bu partiya 40-cı gedişlə heç-bitib. 

Rəqiblər daha iki partiyada qüvvələrini sınayıbıar - bu dəfə qısaldılmış rapiddə. İlk partiya da heç-bitib, bu dəfə 41-ci gedişdə. İkinci partiyada da qalib müəyyənləşməyib.

Bundan sonra mübarizə blitsdə olub. Burda ilk partiyada Teymur qaralarla qalib gələrək hesabda önə çıxıb. Yəni, Dünya Kubokunun qalibi olmaq üçün ona 2-ci blitsdə heç-heçə də yetərli idi. Abcaq Rəcəbov bu dəfə də qələbə qazanaraq 6:4 hesabıyla Dünya Kubokunun qalibi olub.  

Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan yarışda qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3