• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

«Milli Şura»nın özünüifşa aksiyası: Piket radikal müxalifətin iç üzünü açdı

17:30 09/10/19 | Sosial

Hər zamankı kimi bu dəfə də Azərbaycan cəmiyyəti radikal siyasi düşərgənin çağırışlarına qoşulmadı

Əsrin dörddə biri qədər müxalifətçilik tarixi olan siyasi təşkilatın elementar piket keçirmək təcrübəsinin olmaması sözün həqiqi mənasında biabırçılıqdır. Sivil siyasi mübarizədə uğur qazana bilməyərək meydan psixologiyasını "uğur açarı" kmi seçən radikal müxalifət çox təəssüf ki, bunun da öhdəsindən gələ bilmədiyini ortaya qoydu. Oktyabrın 8-də «Milli Şura» tərəfindən keçirilən piket radikal müxalifətin bütün iç üzünü açmaqla yanaşı, özünüifşa aksiyasına çevrildi. Təkcə  piketin təşkilatçılarının meydanda olmaması, dinc aksiyanı qarşıdurmaya çevirmək çəhdi dediklərimizi bir daha sübut etmiş oldu. 

Piketin keçirilməsi qaydalarına uyğun olaraq təşkilatçılar 50 nəfərlik bir aksiya keçirməli idilər. Ancaq aksiya vaxtına saatlar qalmışdan fərqli mənzərə müşahidə edilməyə başlandı. Piket təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmanın qaydalarını kobud şəkildə pozaraq aksiyanın keçirildiyi ərazidə 50 nəfərdən bir qədər çox insanın toplanmasına cəhd etdilər. Həm də ictimai asayişi pozmaq, qarşıdurma, çaxnaşma yaratmağa meyilli şüarlar səsləndirmək, buna nail olmaq niyyəti ilə.

Digər bir maraqlı məqam ondan ibarət idi ki, «Milli Şura»ya piket keçirmək üçün yer olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısı müəyyən edilsə də, piket iştirakçıları aksiyanın keçirildiyi məkandan bir xeyli kənarda, "İçərişəhər" metrosunun qarşısında toplanmağa cəhd göstərdilər ki, burada da məqsəd aydın idi. Belə ki, istənilən metro stansiyasının qarşısı hər zaman daha qələbəlik olur və insanların daha çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri məhz metrodur. Radikallar "İçərişəhər" metrostansiyasının qarşısında toplanmaqla ətrafdan keçənlərin də diqqətini özlərinə cəlb etmək, piketin miqyasını dəyişib onu mitinqə keçirməyi planlayırdılar. Bu həm ictimai-siyasi sabitliyin pozulması, ciddi şəkildə qarşıdurmanın yaradılması, həm də pul aldıqları xaricdəki ermənipərəst dairələrə təqdim ediləcək fotolarda daha çox insanın göstərilməsi üçün vacib idi.

Ancaq sevindirici hal ondan ibarət oldu ki, hər zamankı kimi bu dəfə də Azərbaycan cəmiyyəti radikal siyasi düşərgənin çağırışlarına qoşulmadı, onu dəstəkləmədi. Çünki cəmiyyət, xalq radikalların demokratiya adı altında əslində nə istədiyinin fərqindədir və bu səbəbdən onlara dəstək vermir. Halbuki piketə icazə verilən gündən AXCP sədri Əli Kərimli və onun sosial şəbəkədə olan trol şəbəkəsi cəmiyyətə çağırış edir, keçirəcəkləri aksiyaya dəstək verməyə səsləyirdilər. Əslində bunun özü də radikalların əldə edilən razılaşmanı elə ilk gündən kobud şəkildə pozmalarından xəbər verirdi.

Piket iştirakçılarının sayının 50 nəfərdən artıq olmaması şərt olduğu halda, Ə.Kərimli və tərəfdarlarının xalqa aksiyaya dəstək vermək çağırışı etməsi də bir daha onu deməyə əsas verirdi ki, radikalların əsas niyyəti hansısa aksiya keçirmək deyil, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq və xaos, anarxiya yaratmaqdır. Əslində radikal siyasi düşərgənin, xüsusilə AXCP sədri Ə.Kərimlinin hansısa razılaşmaya əməl edəcəyinə inanmaq da sadəlövhlük olardı. Belə ki, Ə.Kərimli ötən 26 ildə keçirilən hər seçki ərəfəsində müxalifət düşərgəsində təmsil olunan hansısa siyasi partiya və ya qurumla birgə əməkdaşlıq, seçkidə birgə iştirakla bağlı razılaşma əldə etsə də, sonradan elə həmin razılaşmanı özü pozub. Ona görə də Ə.Kərimlidən hansısa bir razılaşmaya centlemensayağı əməl etməyi gözləmək yersizdir.

«Milli Şura»nın etiraz aksiyası bir reallığı da ortaya qoydu ki, AXCP sədri hər zaman ətrafındakılardan bir vasitə, hansısa məqsədə çatmaq üçün istifadə edib. Heç bir vaxt özünü onlarla eyni sırada qoymayıb, onların apardıqları mübarizədə birgə olmayıb. Oktyabrın 8-də keçirilən piketə sadə insanları çıxarıb özünün bu aksiyadan kənarda qalması, yalnız monitor arxasından izləməsi də bir daha onu deməyə əsas verir ki, Ə.Kərimli də keçmiş müttəfiqi İsa Qəmbərin 2003-cü il "təcrübəsindən" yararlanır. Günlərlə sosial şəbəkədə saxta profillərlə tərəfdarlarını aksiyaya çağırıb, mübarizə meydanında birlikdə olmağı zəruri hesab edən Ə.Kərimli aksiya zamanı gözə dəymir, sadə insanlardan öz mənfəətləri üçün istifadə edir. Ətrafını, silahdaşlarını meydanda tək qoyan birisindən isə nə lider, nə də xalqı düşünən biri çıxar. Əgər belə olmasaydı Ə.Kərimli paytaxtın mərkəzində, insanların gediş-gəlişinin daha çox olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi bir ərazidə aksiya təşkil edib ictimai asayişi pozmazdı.

NATİQ


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3