• 17 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8744 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2954

Oxuyub alim olmaq olar, ancaq insan olmaq çox çətindir!

18:51 09/10/19 | Sosial

Antimilli şuranın keçirdiyi piketdə səsləndirilən fikirlər onların nə qədər anlaqsız olmalarını bir daha təsdiqlədi

Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu halda, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq haqqı yoxdur.

1993-cü ilin iyun ayında Azərbaycan xalqının 97 faizinin iştirakı və rəyi ilə siyasət səhnəsindən birdəfəlik silinən, “son siyasi mənzilə yola salınan” siyasi dələduzlar, kəsicilər, gəmiricilər, ermənilərin səsinə səs verən xaos, anarxiya baniləri yenidən hakimiyyət sevdasına düşüblər. İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı və başqaları xalq tərəfindən nə qədər siyasi dezinfeksiya, vaksinasiya edilsələr də, siyasi qəbirlərini nə qədər dərindən qazıb dəfn etsələr də yenə xortlayıb üzə çıxırlar. Onlara nə qədər kimyəvi preparatlar qəbul etdirsələr də bu şəxslərdə siyasi həyasızlıq, dələduzluq, antimilli ruh o qədər güclüdür ki, onların boş başları, kor gözləri, kar qulaqları son mənzildə də onları yatmağa qoymur.

Çox qəribədir. İndi də bunlar utanmadan, xəcalət çəkmədən xalq, millət adından danışmaqla «Milli Şura» adlanan, əslində isə antimilli şuranın sədri Əli Kərimlinin, İsa Qəmbərin irəli verdiyi Cəmil Həsənlini xalqa gələcək prezident kimi sırımağa başlayıblar. Kimdir bu Həsənli?!

Atalar yaxşı deyib, «dostunu göstər, sənin kim olduğunu deyim». Məsələ aydındır. Əgər həqiqətən Cəmil Həsənli İsa Qəmbərin, Əli Kərimlinin siyasi baxışlarına, təfəkkürünə uyğun hərəkətlər edirsə, o, həqiqətən siyasətdən, dünyadan bixəbərdir. Əgər öz ağlı ilə xarici beynəlxalq erməni təşkilatlarının maraqlarına xidmət edirsə, deməli, o, yenə də anlaqsız, utopik düşüncə tərzinə malik siyasi həyasızlar, utanmazlar sırasındadır. Onun bütün hərəkətləri, çıxışları antimillidir. Milli dövlətçilik maraqlarımızın əksinədir.

Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər açın qulaqlarınızı eşidin, bilin və dərk edin: artıq 2019-cu ildir, bu illər sizə 1989-1993-cü illər deyil! Artıq Azərbaycan 1993-cü ilin iyun ayından sizlərdən miras qalmış xaos, anarxiya, vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq, müstəqilliyini qoruyub möhkəmləndirmək, iqtisadi inkişafa, sosial tərəqqiyə, hərbi qüdrətə, gücə nail olaraq, dünyanın ən sabit, təhlükəsiz dövlətləri sırasındadır.

Ölkəmiz regionun və dünyanın lider dövləti olmaqla beynəlxalq aləmdə özünə layiq olduğu yeri tutub. Azərbaycanda hakimiyyət xalqa məxsusdur. Ölkəmizdə demokratik proseslər çox böyük sürətlə gedir.

Belə olan halda utanmadan, çəkinmədən keçirdiyiniz piketdə həyasızcasına çıxış edərək xalqa müraciət edirsiniz ki, Azərbaycanda hakimiyyət dəyişkənliyi edilməlidir, nəsil dəyişməlidir, ağ qüvvələr bizik, şər qüvvələr hakimiyyətdir və s. deyirsiniz, gənclərimizi aldadırsınız. Siz hansı hakimiyyət dəyişkənliyindən danışırsınız? Konstitusiyaya əsasən hakimiyyətin mənbəyi xalqdır. Xalq da 1993-cü ilin 15 iyunundan seçimini edib. Həmin illərin davamı olaraq Azərbaycan xalqı 2003-cü ildə bir daha qəti şəkildə öz rəyini bildirdi. Yəni, Azərbaycan xalqı xalq-iqtidar birliyinə, vəhdətinə səs verdi və sonrakı prezident seçkilərində də yenə də Heydər Əliyev siyasətinə, ümumdövlət siyasətinə və bu siyasətin ən layiqli davamçısı, dünyanın qəbul etdiyi, məsləhətləşdiyi prezident İlham Əliyevə səs verdilər.

Belə olan halda Cəmil Həsənli, siz hansı nəsil dəyişikliyindən, hakimiyyət dəyişikliyindən danışırsınız. Əsl xalq hakimiyyətini deyirməyə cəhd edirsiniz?!

Rəhbəri olduğunuz "Milli Şura"nın və dostluq etdiyiniz Əli Kərimlinin sədri olduğu AXCP-nin mövcudluğu sübut edir ki, sizin siyasi savadınız, biliyiniz, təcrübəniz çox məhdud çərçivədədir. Ona görə ki, qeyd etdiyim kimi, Azərbaycan kimi müstəqil, demokratik dünyəvi bir dövlətdə xalq hakimiyyətinin mövcud olduğu ölkədə "Milli Şura" yaratmağınız və ona sədrlik etməyiniz, bu təşkilat adından xalq hakimiyyətinə qarşı çıxış edərək ermənipərəst qüvvələrin maraqlarına xidmət edən bir dövlət qurub özünüzü də prezident göstərmək istəyirsiniz.

Cəmil Həsənli, siz tarix elmləri doktorusuz, professorsunuz, dünya xalqlarının, dövlətlərinin tarixini bilirsiniz. Mənim sualıma cavab verin, hansı ölkələrdə "milli şura"lar, "xalq cəbhələri partiyaları" yaradılır?! Müstəqil demokratik hakimiyyətin xalqa məxsus olduğu ölkələrdə, yoxsa müstəmləkə və ya yarımmüstəmləkə ölkələrində yaradılır və hansı məqsəd üçün?! Bu sualın cavabını düzgün müəyyən və dərk edə bilmədiyinizə görə belə bir addım atmısınız, yəni "Milli Şura" yaratmısınız.

Cəmil Həsənli, əgər bilmirsinizsə, mən sizin nəzərinizə çatdıra bilərəm. Özü də mən sizin keçmiş tələbələrinizdən biri olaraq, sizə xatırlatmaq istəyirəm ki, əgər yadınızdadırsa, siz bizə müstəmləkə və yarımmüstəmləkə ölkələrinin tarixlərindən dərs keçərkən deyirdiniz ki, müstəmləkə və yarımmüstəmləkə ölkələrində xalqların milli azadlıq hərəkatlarına rəhbərlik etmək üçün, xalqları müstəmləkə zülmlərindən xilas etmək üçün xalq cəbhələri, mili şuralar və s. təşkilatlar yaradılır. Bəs onda sual olunur, niyə siz demokratik xalq hakimiyyətinin mövcud olduğu ölkədə belə bir təşkilat yaratmısınız və xalqı yanlış olaraq inqilaba səsləyirsiniz. Axı Azərbaycan müstəqil dövlətdir. Belə bir inkişaf etmiş demokratik ölkədə mitinq, piket, mənəvi terror, təxribat hərəkətlərinə yol vermək sizcə nə dərəcədə düzgün hesab edilə bilər?

Əsla qəbul edilə bilməz, çünki siz bunları bir-birindən seçə bilmirsiniz. Belə olan halda siz hansı ağılla, savadla, siyasi təfəkkürlə xalqı aldadıb öz hakimiyyətinə qarşı qoymaq yolu ilə ölkədə xaos, anarxiya yaratmaq yolu ilə prezidentlik uğrunda mübarizə aparırsınız?! Atalar demiş: «oxuyub alim olmaq olar, ancaq insan olmaq çox çətindir!»

Cəmil Həsənli, Aşıq Ələsgər deyib ki, bir şəyird ki, ustadına kəm baxa, onun gözlərinə qan damar, damar!

Mən sizin dərs dediyiniz tələbələrinizdən biri olaraq, sizə kəm baxmıram. Yalnız və yalnız xəcalət çəkirəm ki, mənim müəllimim İsa Qəmbər kimi, Əli Kərimov kimi, Arif Hacılı kimi riyakar, avantürist, ermənipərəst, qara qüvvələrlə bir sırada, anlaqsız hərəkətlər edir. Siz özünüz ağla qaranı, şərlə xeyiri seçə bilmirsinizmi? Deyirsiniz ki, biz ağ qüvvələrik, hakimiyyət şər qüvvələrdir. Siz özünüz-özünüzü dərk etsəniz, görərsiniz ki, elə şər qüvvələr də, qara qüvvələr də özünüzsünüz. Sizin kimi siyasi dələduzların anlaqsız, utopik düşüncə sahiblərinin, kəsicilərin, gəmiricilərin hay-küy salmaları yalnız və yalnız ermənilərə lazımdır. Sizin kimi çəxslərə bizim aramızda yer yoxdur!

Dəmir QURBANLI


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3