• 17 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8744 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2954

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur - MSK sədri

17:28 18/10/19 | Siyasət

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə görmürük.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, seçkilərin keçirilməsi sahəsində Azərbaycanın geniş təcrübəsi var. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata kerçiriləcək. M.Pənahov əlavə edib ki, seçkilərlə bağlı bütün əhəmiyyətli məqamlar KİV tərəfindən cəmiyyətə çatdırılır.

Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3