• 19 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8804 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Əli Kərimli varlığını sübut etmək üçün yeni sifariş alıb

18:47 18/10/19 | Sosial

Niyaməddin Orduxanlı: «Əli Kərimli əsgərlik yaşını geçən oğlunu nəinki aksiyaya, heç əsgərliyə belə göndərmir»

Milli Şura oktyabrın 19-da Bakı şəhərində icazəsiz aksiya keçirmək niyyətindədir. Bu aksiyalara isə partiyaların münasibəti birmənalı deyil. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bunu Əli Kərimlinin sifariş əsasında təxribat törətməyə cəhdi kimi qiymətləndirir: "Əli Kərimlinin 3 övladı var. Uzun illərdir, biri Amerikada, ikisi isə İngiltərədə yaşayır. Adama deyərlər ki, sən övladlarını xaricdə yaşadırsan, ancaq öz təxribatına başqalarının övladlarını qurban vermək istəyirsən. Bu necə olur? Niyə 28 yaşlı oğlunu icazəsiz aksiyaya qoşmursan?! Gətir Amerikadan, qoy aksiyaya çıxanların önündə dursun! Bundan özünüz nəticə çıxarın. Əli Kərimli əsgərlik yaşını geçən oğlunu nəinki aksiyaya, vətənə xidmət borcuna, əsgərliyə belə göndərmir".

N.Orduxanlı Ə.Kərimlinin oğlunun fərari olduğunu bildirib: "Bunu sosial şəbəkələrdə yayanda, Səfərbərlik Xidməti rəsmi olaraq dedi ki, Türkel Kərimli hal-hazırda hərbi xidmətdən yayınır. Belə olan halda Əli Kərimlinin çağırışına dəstək verməyin. Onsuz da onun itirəsi heç nəyi yoxdur".

Niyaməddin Orduxanlı vurğuladı ki, cənab Prezident İlham Əliyevin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb:

"Əli Kərimli də xalqın onlara dəstək verməyəcəyindən əmin olduğu üçün Lökbatana getməkdən imtina edir. Çox yaxşı bilir ki, belə bir vəziyyətdə Azərbaycan ictimaiyyəti onu dəstəkləməyəcək. Məqsədli şəkildə icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq niyyətindədir. Nəticədə dövlətimizin imicini korlamaq istəyir. Hökümət isə onların aksiyasına icazə verib. Özü qəsdən razılaşdırılmamış yerdə aksiya keçirməklə polislə qarşıdurma yaratmaq fikrindədir. Əli Kərimlinin niyyəti nəyin bahasına olursa olsun, ölkəmizdə sabitliyin pozulmasına cəhd göstərməkdir".

BAXCP sədrinin müavini hesab edir ki, indiyədək Ə.Kərimlinin bu tipli qərarları çox olub, ancaq heç nə dəyişməyib: "Narazı insanlara demək istəyirəm ki, kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Konkret olaraq Əli Kərimlinin timsalında bunu misal çəkə bilərəm. O, sifariş əsasında fəaliyyət göstərən adamdır. Bir gün başqa sifariş gələn kimi, onu da icra edəcək. Bu, dəfələrlə sübut olunub. Rüstəm İbrahimbəyovun prezidentliyi məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmində fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız mərhumiyyətlərlə üz-üzə qoyub kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın".

NATİQ


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3