• 17 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8744 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2954

Azərbaycan vətəndaşlarının həmrəyliyi okytabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi - Bahar Muradova

14:00 22/10/19 | Siyasət

Oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Onlar qanunazidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etməyə cəhd etdilər. Bir sözlə, arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirməyə çalışdılar.

Bunu bu gün Milli Məclisin plenar iclasında 19 oktyabrda Bakıda icazəsiz aksiyaya cəhdə münasibət bildirən vitse-spiker Bahar Muradova deyib.

B.Muradova bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi: “Haqqında danışdığımız qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Bunu hansısa kütlə, təbəqə də onlardan gözləmir".

Vitse-spiker qeyd edib ki, həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər: “Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nə ilə nəticələnə biləcəyini göstərdilər. Polisi gözdən salmağa çalışmaq, yalan məlumatlar yaymaq nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Onlar bunu yaxşı bacardılar, çünki elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda, dövlətimiz Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və ölkəmizi dünyada nüfuz sahibi edən siyasəti xalqla birlikdə aparacaq. Bu gün Azərbaycanda dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətəndaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır”.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3