• 6 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Cavid Qurbanov BTQ ilə sərnişin daşımalarının gecikməsinin səbəbini açıqlayıb

17:58 22/10/19 | İqtisadiyyat

Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişindaşımalara başlamaq üçün tam hazırdır. Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumunda iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, xətt üzrə sərnişin daşımalarının gecikməsinin səbəbi Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlərin olmamasıdır.

“Bizim qatarlarımız və vaqonlarımız hazırdır. Biz sərnişin daşımalarına başlaya bilərik. Məsələ bundadır ki, bu yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks əyləcləmə sistemi olan elektrovozları olmalıdır. Bu, yeni vaqonlara uyğunlaşdırılıb quraşdırılmalıdır. Lakin onlarda bu qurğular yoxdur”, - deyə QSC-ni rəhbəri bildirib.

C. Qurbanov onu da qeyd edib ki, məsələ yaxın vaxtlarda həllini tapmasa, “Azərbaycan Dəmir Yolları” Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək: “Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Bir-iki ay gözləyəcəyik və görsək ki, bu məsələ həll olunmur, onda özümüz elektrovozlarımızı və yaxud da dizel lokomotivlərimizi təklif edəcəyik. Çalışacağıq razılaşdıraq ki, sərhəddə qədər deyil, Türkiyə sərhədinədək – Axalkalakiyə qədər özümüz aparaq”.

C. Qurbanov həmçinin qeyd edib ki, BTQ-yə əlavə yüklərin cəlb edilməsi məqsədilə Çin və Rusiya ilə danışıqlar aparılır. O, xətt üzrə daşımaların dinamikasının yaxşı olduğunu da qeyd edib.

Çində bu il 5G şəbəkəsi üçün 600 mindən çox baza stansiyası quraşdırılacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?