• 19 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8804 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Tərəfdaşlarının da Əli Kərimliyə olan inamı itir

14:30 04/11/19 | Sosial

AXCP sədri üçün şəxsi maraq ümumxalq marağından hər zaman üstün olub

Artıq bəlli siyasi uğursuzluğa düçar olduqdan sonra, AXCP sədri Əli Kərimlinin azsaylı tərəfdarlarını itirməmək üçün “Qərbin Azərbaycan xalqının maraqlarını müdafiə edəcəyi” ilə bağlı fikirləri ilə aldatması, eyni zamanda bu cür düşünməyə əsas verir ki, əslində o zaman-zaman xarici qüvvələrin əllərində ən çox işlədilən marionet olub. Daha doğrusu, Ə.Kərimlinin müxtəlif xarici mənşəyi məlum olmayan qüvvələrdən maliyyə yardımı aldığı, eləcə də bunun müqabilində onların çirkli sifarişlərini yerinə yetirməsi kifayət qədər öz təsdiqini tapıb.

Yeri gəlmişkən, siyasi maraqlarını xalq vasitəsi ilə deyil, məhz beş-on nəfərlik ətrafı ilə reallaşdırmağa cəhd edən AXCP sədrinin özünü xalqdan təcrid etməsi də sözügedən faktları kifayət qədər əks etdirməkdədir. Artıq bunu onun özü də etiraf edir. Hələ 19 oktyabr mitinqindən sonra onun özü-özünü ifşa etməsi, yəni Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşünü sosial şəbəkədə boy-boy nümayiş etdirməsi və Gültəkin Hacıbəylinin məlum telefon danışıqlarından sonra, bu məsələdə şübhə yerinin qalmaması bütün dəlilləri tam çılpaqlığı ilə ortaya qoymuş oldu...

Lakin bu da son deyil. Yəni biz Ə.Kərimlinin və ətrafının daha öncələr də xarici qüvvələrlə - istər Qərblə, istərsə də radikal dini qruplaşmalarla iş birliklərini xatırlada bilərik. Nardaran və Gəncədə baş vermiş olaylar və həmin olaylarda xüsusilə AXCP - “Milli Şura”nın göstərdikləri canfəşanlıqlar da bu xüsusdadır. Düzdür, Azərbaycan dövləti və xalqı birmənalı olaraq, bu cəhdlərin qarşısını, günahkarlar isə öz cəzalarını aldılar. Ancaq əlahəzrət fakt danılmazdır və bu fakt Ə.Kərimlinin çirkin siyasi tarixinə həkk olunub!

İndi də, Ə.Kərimli Qərbin altında yıxılıb, dövlət və xalq maraqlarını ona sifariş verən qüvvələrə satacağını utanıb-qızarmadan bəyan edir. Gah bloqerliyi vasitəsi ilə, gah da xaricdəki havadarlarının dəstəyi ilə yayımlanan canlı yayımlarda özünü “xalqın mücadiləçisi” kimi sırıyır, bu vasitə ilə siyasi səhnədə qalacağına ümid edir. Ancaq nə vaxta qədər? Hər halda onun istefa verib, siyasi səhnəni tərk etməsi zamanı çoxdan çatıb!

Biz, daha öncələrə - 90-cı illərin ortalarına qədər də gedib, bu xəyanətkar ünsürün hansı oyunlardan çıxdığını yada sala bilərik. Belə ki, onun satqın olması və pul müqabilində siyasi alverə getməsi haqqında iddialar bu günün işi deyil. Məgər onun hazırkı dövrə qədər istefa verib uzaqlaşmış çoxsaylı əqidədaşlarının bəyanatları bu gün də qüvvəsində deyilmi? Ə.Kərimlini satqın, xain, insanlardan sui-istifadə edən biri kimi təqdim edənlər də sabiq cəbhəçilərdir.

Demək həm də belə nəticəyə gəlmək olar ki, o heç vaxt öz istəyi ilə sədrlikdən istefa verməyəcək. Onu istefaya göndərməli olanlar da, yalanlarına, vədlərinə uyan sadəcə cəbhəçilər olmalıdırlar. Həmin cəbhəçilər ki, ya özləri, ya övladları onun kirli maraqlarına görə həbslərə düşüb, həyatlarını puç ediblər.

R.RƏSULOV


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3