• 19 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8804 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

"Mehriban düşmənlər"in «izdivacı»: «qoca qurdlar» cəmdək iyinə yığışır

16:00 06/11/19 | Sosial

Uzun müddətdən bəri müxalifət düşərgəsində bir araya gələ bilməyən "mehriban düşmənlər" nəhayət ki, bir masa arxasında əyləşməyə nail ola bildilər. Ancaq bu «izdivacın» nə qədər davam edəcəyi şübhə altındadır. Ayağı sürüşkən müxalifət liderlərinin belə "ittifaqlarının" dəfələrlə şahidi olduğumuzdan əminliklə deyə bilərik ki, bu «izdivacın» da ömrü uzun çəkməyəcək. Hələ ki, müxalifətin "qoca qurdları" cəmdək iyinə yığışan quzğunlar kimi Əli İnsanovun şəninə tost demək növbəsinə düzülmək görüntüsünü yaratmaqdadırlar.

Fikir verin, "Müsavat"ın dəyirmi masasına can-başla təşrif buyuran AXCP sədri Əli Kərimli bir müddət öncə yaradılmış Azərbaycan Xalq Hərəkatı (AXH) adlı qurumda təmsil olunmaqdan vaz keçmişdi.

Əslində, bu vazkeçmə heç də siyasi gediş deyildi, belə bir qərar ona görə verilmişdi ki, həmin təşkilatın maliyyə dəstəyi yox idi və oradan qapazlamalı bir şey ağla gəlmirdi. Bu baxımdan, qətiyyətlə demək olar ki, Əli Kərimlinin "Müsavat"ın təklifini müsbət dəyərləndirməsi sırf Əli İnsanovun cibinin dərinliyi ilə bağlı olub. Əks halda, siyasi meydanda ana müxalifət imici rolunu oynamaqdan ötrü hər şeyindən keçən Əli Kərimli sosial şəbəkələrdə bir-biri üçün ayıb yer qoymayan "Müsavat" təmsilçiləri ilə üz-üzə əyləşməzdi. Baxmayaraq ki, hazırda özlərini müxalifət lideri kimi təqdim edən şəxslərin pul naminə hansı şərəfsizliklərə əl atdıqlarının fərqindəyik.

Eynilə AXP sədri Pənah Hüseynin də dəyirmi masaya qoşulması sivil siyasi mübarizə aparmaq niyyətindən uzaqdır. Nəinki təmsil etdiyi düşərgədə, ümumilikdə cəmiyyətdə "dağıdıcı funksioner" imici qazanmış P.Hüseynin AXH-nin dağılmasında müstəsna rol oynaması hamıya bəllidir. Ümumiyyətlə, P.Hüseyin təmsil olunduğu istənilən siyasi qurumun dağıdılmasında mühüm rol oynadığını nəzərə alsaq, bu birliyin də dağıdılmasında fəallıq nümayiş etdirəcəyi şübhə doğurmur.

Eləcə də Əli İnsanovun hansı əqidəyə, məsləkə xidmət etdiyi ölkə vətəndaşlarına gün kimi aydındır. Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, "İsa Qəmbər genetik xəstədir". İndi isə Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədə bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir. Halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.

Maraqlıdır, İsa Qəmbər nə tez Əli İnsanovun ona qarşı faşist ittihamını unudub?

Bu halda belə məlum olur ki, Əli İnsanov Müsavat-AXCP qarşıdurmasının arbitri rolunda çıxış edəcək. Mehman Əliyev isə bu dəfə İbrahimbəyova deyil, İnsanova yengəlik edəcək.

Məhz dəyirmi masa iştirakçılarının bu kimi xüsusiyyətləri nəzərə alınaraq imzalanan memorandumda xüsusilə qeyd edilib ki, "Dəyirmi masa iştirakçıları tərəfdarlarını qarşılıqlı ittihamlara yol verməyərək, bütün fəaliyyəti avtoritar rejimə qarşı yönəltməyə, həm iqtidar, həm də müxalifət tərəfdarlarını siyasi mübarizədə mənəvi-əxlaqi dəyərlərə, etik normalara əməl etməyə çağırır".

Deməli, sənədı hazırlayan şəxslər çox gözəl bilirlər ki, onu imzalayan şəxslərin mənəvi-əxlaqi dəyərlərə, etik normalara əməl etmələri şübhə altındadır. Üstəlik, bir-birlərinə qarşı  ittihamlar irəli sürmələri gözləniləndir.

İmzalanan "razılaşma" sənədindən də aydın olur ki, Arif Hacılı, Əli İnsanov, Əli Kərimli, İsa Qəmbər, Mehman Əliyev, Hikmət Hacızadə, Pənah Hüseyn kimi dağıdıcıların bir araya gəlməsində məqsəd heç də ölkənin gələcəyinə təminat verən alternativ təkliflərin ortaya qoyulması deyil. Məqsəd Azərbaycan dövləti və xalqını aşağılamaq, anti-Azərbaycan dairələrin və beynəlxalq təşkilatların ölkəmizə qarşı təzyiqinin artırılmasına nail olmaqdır. Bu istək Azərbaycanın əleyhinə ortaq məxrəcə gələn kəsimlərin imzaladıqları sənəddə birbaşa əksini tapıb: "Dəyirmi masa iştirakçıları beynəlxalq qurumları Azərbaycanda fundamental insan hüquqlarının pozulmasına göz yummamağa, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini daha təsirli vasitələrlə tələb etməyə çağırır".

Təsəvvür edin, əksər beynəlxalq təşkilatlar həyata keçirilən islahatlara, insan hüquqlarının müdafiəsinə görə, Azərbaycana beynəlxalq reytinq cədvəllərində yüksək yer verdikləri halda, millətə və dövlətə qənim kəsilən bu şəxslər ölkəmizə qarşı təsirli tədbir görülməsinə çağırır.

Reallıq isə ondan ibarətdir ki,  dəyirmi masada əyləşən şəxslərin hər biri barədə kifayət qədər ziddiyyətli məlumatlar mövcuddur. Bir-birinin ayağının altını eşmək, bir-birinə qarşı şantaj və ittiham irəli sürmək onların xislətindədir. Bundan uzağa gedə bilməyən dəyirmi masa iştirakçıları heç şübhəsz ki, "fəaliyyətlərində" ənənələrinə sadiq qalacaqlar. Ancaq, inandırıcı deyil ki, onların fəaliyyəti uzun müddət davam etsin. Çünki adları sadalanan şəxslərin hər biri artıq tarixin arxivinə yuvarlanıb.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3