• 19 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8804 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq

15:20 08/11/19 | Sosial

Gələn il Azərbaycanda əmək fəaliyyətinə cəlb olunmaq istəyən əcnəbilər üçün 6725 yerlik kvotanın ayrılması nəzərdə tutulub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O, artıq kvotanın ayrılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini, sənədin təsdiqinin gözlənildiyini söyləyib.

Nazir müavini bildirib ki, bu kvota işəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində müəyyən edilir: "Ölkəmizdə bəzi ixtisaslar üzrə işçi qüvvəsini təmin edə bilmirik. Təmin edə bilmədiyimiz sahələr üzrə çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarının imkanları hesabına təlabatı ödəyirik".


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3