• 13 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.9162 , Rus rublu: 0.027 Türk lirəsi: 0.2989

Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edildi

16:04 12/11/19 | Sosial

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 13-ü axşamdan 17-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

"Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi təxribatı kəskin şəkildə qınamağa çağırırıq" - Prezidentin köməkçisi



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?