• 2018.12.15

Gənc Politoloqlar Mərkəzi yeni layihəyə yekun vurdu

Baxış sayı: 137
22:08 27/11/17 | Təhsil Elm

«Gənc sahibkarlığa Dəstək Məktəbi» düşərgəsinin təşkili layihəsinə start verdi. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən təlim proqramı Quba rayonunda 4 gün davam edib. 

  

Layihənin əsas məqsədi biznes quruculuğu və sahibkarlığın inkişafında gənclərin rolunun artırılmasından ibarət olubdur. Dörd günlük düşərgə müddətində 20 gənc təlim və müzakirələrlə yanaşı interaktiv sessiyalar və praktiki oyunlardan ibarət proqramdan da yararlanıblar.

Qeyd edək ki, Gənc Politoloqlar Təşkilatı 1997-ci ildən fəaliyyət göstərir və təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təhkimləşdirilməsinə dəstək olmaqdan ibarətdir.