• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Sapı özümüzdən olan baltaların arzuları gözlərində qalacaq

14:15 14/11/19 | Siyasət

Millət vəkili: «2025-ci ildə dönüb 2019-cu ilə baxanda görəcəyik ki, biz daha hansı zirvələri fəth etmişik»

«Ölkəmizdə davam edən kadr islahatları ümumi islahatların tərkib hissəsidir». Bu sözləri millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər haqda deyib.

O bildirib ki, dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu nailiyyətlər aparılan islahatlar və düzgün kadr seçimi hesabına əldə edilib: “Azərbaycanda son 16 ildə sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə göstərir. Ölkəmizin beynəlxalq nüfuzu ciddi şəkildə artıb. Bu gün biz dünyada böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Prezident yeni təyin olunan icra başçıları ilə görüşdə vurğuladı ki, onlar da bu məsuliyyəti dərk edib, vəzifələrini layiqincə yerinə yetirsinlər”.

Millət vəkili Prezidentin son illərdə demokratiyanın inkişafı, insan haqlarının qorunması sahəsində böyük nailiyyətlər əldə edilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi başlıca cəhətlər demokratik meyarların daha möhkəm özüllər üzərində bərqərar olması, vətəndaş cümhuriyyəti, hüquqi dövlət quruculuğu ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyət həyatının bütün sahələrini əhatə edərək, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin əsaslı surətdə dəyişməsi ilə xarakterizə olunaraq, ən müasir dünya standartlarına uyğunlaşdırır. Ölkə başçısının təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan hüquqi islahatlar, qanunvericilikdə edilən dəyişikliklər, yeni institusional təsisatların yaradılması Azərbaycanın qarşısında tamamilə yeni mərhələnin açılmasına rəvac verir”.

E.Nəsirov bildirib ki, qarşıdakı 7 il ərzində Azərbaycanı daha böyük uğurlar gözləyir: “2025-ci ildə, yəni 7 ildən sonra dönüb 2019-cu ilə baxanda görəcəyik ki, biz daha hansı zirvələri fəth etmişik. Azərbaycanın bu uğurları dostlarımızı sevindirir, düşmənlərimizin isə yuxularına haram qatır. Onlar cürbəcür siyasi hoqqabazlıqlar etməyə, min cür oyunlara qurmağa çalışırlar. İstəyirlər ki, sapı özümüzdən olan baltaları işə salıb, antimilli ünsürlərdən istifadə etsinlər, lakin bunun heç birinin nəticəsi olmayıb və olmayacaq. Çünki ortada Azərbaycan xalqı ilə onun hakimiyyətinin, Prezidentinin möhkəm birliyi var. Birlik olan yerdə də anti-Azərbaycan qüvvələrin və sapı özümüzdən olan baltaların arzuları gözlərində qalacaq”.

NATİQ


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?