• 7 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.9178 , Rus rublu: 0.0268 Türk lirəsi: 0.3028

Azərbaycan yığması “Böyük Dəbilqə”yə 10 cüdoçu ilə qatılacaq

14:20 18/11/19 | İdman

Noyabrın 22-də Yaponiyanın Osaka şəhərində kişi cüdoçular arasında “Böyük Dəbilqə” turniri start götürəcək. 

3 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq. 

Məşqçilər korpusu artıq yarışda Davud Məmmədsoy, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək. Əsas heyət üzvlərindən Rüstəm Orucov (81 kq) heyətdə yer almayıb. 

“Böyük Dəbilqə”də 80 ölkədən 307 idmançının iştirakı gözlənilir.

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?