• 13 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.9162 , Rus rublu: 0.027 Türk lirəsi: 0.2989

Mixail Boyarski səhnədən getdiyini elan edib

14:55 19/11/19 | Dünya

Rusiyanın Xalq artisti Mixail Boyarski səhnədən getdiyini elan edib. O, 70 yaşının yaxınlaşması ilə əlaqədar bu fikrə gəldiyini deyib.

Aktyor artıq qocaldığını və həkimlərin qayğısına daha çox ehtiyacı yarandığını bildirib.

M.Boyarski dekabrın 26-da 70 illik yubileyini qeyd edəcək. Lakin o, doğum günlərini keçirməyi sevmədiyini və tez keçib getməsini arzuladığını diqqətə çatdırıb. 

Aktyor təqaüdə çıxandan sonra nəvələrinə daha çox diqqət ayırmağı düşündüyünü vurğulayıb. 

Aktyor-müğənni M.Boyarski 1949-cu ildə Sankt-Peterburqda anadan olub. O, daha çox “Dartanyan və üç muşketyor”, “Böyük oğul” filmlərindəki rolları ilə tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, M. Boyarski müğənni kimi də çox populyardır. 

"Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi təxribatı kəskin şəkildə qınamağa çağırırıq" - Prezidentin köməkçisi



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?