• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Azərbaycan zəlzələ ilə əlaqədar Albaniyaya 500 min avro məbləğində yardım ayırıb

17:54 29/11/19 | Siyasət

Nazirlər Kabineti “Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə” sərəncam verib.

Sərəncamda qeyd edilib ki, cari ilin 26 noyabr tarixində Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 500 000 avronun manat ekvivalenti məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Albaniyada baş verən 6,4 bal gücündə zəlzələ zəlzələ nəticəsində 50-dək insan ölüb. Xeyli sayda insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?