• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Azərbaycanın beş idmançısı Türkiyədə uşu üzrə beynəlxalq turnirdə finala yüksəlib

06:00 30/11/19 | İdman

Azərbaycanın beş idmançısı Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Balkan turnirində finala yüksəlib.

Azadaz xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Amal Məmmədov (40 kq), Elmir Əliyev (40 kq), Bahadur Əhmədov (56 kq), Rüfət Ramazanlı (60 kq) və Hüseyn Şimiyev (85 kq yuxarı) finaladək bütün rəqiblərini məğlub edərək qızıl medal uğrunda mübarizəni təmin ediblər. Mehdi Salamov (70 kq) isə yarımfinal mərhələsinə vəsiqə qazanaraq birincilik uğrunda döyüşəcək.

Azərbaycan komandası yarışda məşqçi Rəşad İsayevin rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizdən başqa, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 1800-ə yaxın idmançı qüvvəsini sınayır.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?