• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

FIFA prezidenti Afrikada stadionların tikintisinə vəsait toplanacağını elan edib

07:00 30/11/19 | İdman

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino hər bir Afrika ölkəsində FIFA standartlarına cavab verən azı bir stadionun tikintisi üçün 1 milyard dollar toplamaq niyyətini açıqlayıb. Azadaz BBC-yə istinadla xəbər verir ki, C.İnfantino Konqo Demokratik Respublikasının Lubumbaşi şəhərində Konqonun “TP Mazembe” futbol klubunun 80 illiyinin qeyd edilməsi münasibətilə bayram tədbirində çıxış edib.

O deyib: “Biz qarşıya Afrikanı ən yüksək səviyyəyə çatdırmaq və qitənin malik olduğu böyük futbolçuları dünyaya göstərmək məqsədi qoymuşuq. Biz buna infrastruktur yaratmaq, futbol arbitrləri yetişdirmək və böyük yarışlar keçirmək hesabına nail olmaq niyyətindəyik”.

FIFA prezidenti işarə edib ki, Afrika Liqasının yaradılması imkanları nəzərdən keçirilir. Liqada Afrikanın ən yaxşı klubları yarışacaq. İnfantino infrastruktur məsələlərinin həlli üçün Afrika ölkələrində müasir stadionların tikintisi üçün şəxsi kapitalı səfərbər etmək niyyətini elan edib.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?