• 6 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Azərbaycan Ordusunun cəbhədə itki verməsi barədə Ermənistan mətbuatında yayılan xəbərlər dezinformasiyadır

08:30 30/11/19 | Siyasət

Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adlı hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-ın sorğusuna cavab olaraq bildiriblər ki, rəsmi olaraq Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə, bu ad və soyadda hərbi qulluqçumuz yoxdur.

“Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Çində bu il 5G şəbəkəsi üçün 600 mindən çox baza stansiyası quraşdırılacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?