• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

YAP rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

09:00 30/11/19 | Siyasət

Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

Azadaz xəbər verir ki, Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi, bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi işlərin görüldüyünü bildirib.

Müşavirədə seçkilərə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Daha sonra partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı tövsiyə və tapşırıqlar verilib.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?