• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Bələdiyyə seçkilərində iştirak edən siyasi partiyaların sayı açıqlanıb

10:00 30/11/19 | Siyasət

"Dekabrın 23-ü keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-dür".

Azadaz xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki. həmin siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb:

"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Siyasi partiyaların fəallığı, seçkilərdə fəal iştirak etməsi yaxşı göstəricidir".

Qeyd edək ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası və Azərbaycan Respublikaçılar Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?