• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalı musiqi mədəniyyətimizin təbliğinə xidmət edib

07:30 01/12/19 | Mədəniyyət

Azərbaycanın milli musiqi alətləri özünəməxsus cəhətləri ilə fərqlənir. Öz ifa xüsusiyyətləri ilə xalqımızın şüurunda milli dəyərlərimizə, azərbaycançılıq ruhuna məhəbbət hissi aşılayan milli musiqi alətlərimiz musiqi mədəniyyətimizdə xüsusi yer tutur.

Mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan silsilə tədbirlər sayəsində bir sıra mədəni irs nümunələrimiz, o cümlədən tar ifaçılığı, aşıq sənəti, eləcə də kamança və balaban UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azadaz xəbər verir ki, Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Oğuz şəhərində keçirilən Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalı da məhz milli musiqi mədəniyyətimizi daha geniş təbliğ etmək, ifaçılıq sənətini inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaq, milli musiqi alətlərimizin qocaman ifaçılarının zəngin təcrübəsini təbliğ etmək və yaymaq məqsədi daşıyıb.

Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən festivalda Regional İdarənin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının musiqi kollektivləri, ifaçılar iştirak ediblər. “Zirvə” folklor ansamblının, “Nağaraçalanlar”, “Sənəm” və “Oğuz” qruplarının, muğam üçlüklərinin çıxışları, sazda və tənburda səsləndirilən solo ifalar musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə kollektivlərə təşəkkürünü bildirib.

Sonda festivalın bütün iştirakçılarına mükafatlar təqdim olunub.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?