• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Giorgi Qaxariya: TANAP siyasi, təhlükəsizlik və iqtisadi baxımdan çox önəmlidir

08:00 01/12/19 | Dünya

TANAP layihəsi artıq Avropa sərhədlərinə çatıb və Azərbaycan qazının Gürcüstan vasitəsilə nəqlinə imkan verəcək.

Azadaz xəbər verir ki, bu sözləri TANAP-ın Avropa bağlantısının açılış mərasimində iştirak edən Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib.

Baş Nazir layihənin Gürcüstanın siyasi, təhlükəsizlik və iqtisadi baxımdan güclənməsinə və inkişafına dəstək olacağını deyib. Onun sözlərinə görə, TANAP enerji daşıyıcılarının nəqli baxımından əhəmiyyətli layihə olmaqla yanaşı, ölkəsinin tranzit funksiyasının önəmini daha da artırır.

Giorgi Qaxariya deyib: “Gürcüstan hökumətinin əsas vəzifələri sürətli iqtisadi artımı, yeni iş yerləri açılmasını və milli təhlükəsizliyi təmin etməkdir. TANAP layihəsi bütün bu tələblərə cavab verir”.

Xətayi Əzizov


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?