• 7 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.9178 , Rus rublu: 0.0268 Türk lirəsi: 0.3028

Ukrayna Analitik Mərkəzinin rəhbəri: TANAP Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək

08:30 01/12/19 | Siyasət

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu baxımdan TANAP layihəsinin gerçəkləşdirilməsi tarixi hadisədir.

Bu fikri Azərtac-a məxsusi açıqlamasında TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimini şərh edən Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko söyləyib.

Mərkəzin rəhbəri qeyd edib ki, TANAP qaz layihəsi alternativlik yaratdığından Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. TANAP-ın işə düşməsi Avropa ölkələrinin Azərbaycan qazını alması üçün əlverişli imkan yaradacaq.

Xatırladaq ki, noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Emil Hüseynli

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?