• 3 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.919 , Rus rublu: 0.0268 Türk lirəsi: 0.3005

Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək

17:40 04/12/19 | Sosial

Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarının gələcəyi gözlənilir.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, həmin ölkələr Azərbaycan üçün artıq formalaşmış turizm bazarlarıdır:

"Ona görə də ötən illərdə olduğu kimi, bu il də adıçəkilən ölkələrdən daha çox turistin gəlmə tendensiyası müşahidə ediləcək".

K.Quluzadə qeyd edib ki, gəlmə turizmlə bağlı Azərbaycanın 12 əsas prioritet istiqaməti var: "Bunlar Avropa və Asiya ölkələri, müəyyən mənada isə ABŞ, Şimali Afrikadan olan ölkələrdir ki, bu istiqamətlər üzrə də Azərbaycana gələnlərin sayında artım var".

Həftə sonları elektrik qatarlarının hərəkəti dayandırılır



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?