• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

“BakuBus” sərnişinlərə müraciət edib

15:21 09/12/19 | Sosial

“BakuBus” MMC sərnişinlərə müraciət edib. Qurum sərnişinləri təmizliyə riayət etməyə, avtobuslara tullantı atmamağa, salonu çirkləndirməməyə çağırıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobuslar hər gün qarajda yuyulur, təmizlənir və mütəmadi olaraq, dezinfeksiya edilir. Lakin bəzi sərnişinlər xətdə olan avtobuslara tullantılar atır, salonu çirkləndirirlər. Bununla da, onlar digər sərnişinlərin rahatlığını pozurlar. Xətdə olan, salonuna tullantı atılmış, çirkləndirilmiş avtobusların təmizlənməsi isə əlavə vaxt tələb edir.
“BakuBus” MMC vətəndaşlardan da təmizliyə riayət etməyərək avtobuslara tullantı atan, salonu çirkləndirən şəxsləri belə hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edir.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?