• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

"Gənc Politoloqlar Mərkəzi"-nin növbəti layihəsi

12:00 13/12/19 | Sosial

Gənc Qadınlar Sahibkarlıq üzrə Təlimlərə başladılar 

Quba, 13 dekabr 2019-cu il. Azərbaycan Respublikası “Gənc Politoloqlar Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qadın Sahibkarlığın İnkişafına Dəstək”  layihəsinə start verdi. Qubada baş tutan üç-günlük təlimdə 25 gənc qadın biznes quruculuğu, biznes planların hazırlanması, bazar araşdırılması, biznes layihələndirmə, marketinq və digər zəruri bilik və bacarıqlar əldə edəcəklər. Fəal fikir mübadiləsi şəraitində aparılacaq təlim zamanı həmçinin iştirakçıları maraqlandıran mövzular ətrafında da müzakirələr təşkil ediləcək. 

Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev bu layihənin potensial gənc qadın sahibkarlara əhəmiyyətini vurğulayaraq, daha chox qadının sahibkarlıq fəaliyyətinə cəlb olunmasının ümumi ölkə iqtisadiyyatına olan töhfəsindən danışdı. Bunları nəzərə alaraq, İlkin Əliyev layihənin əsas hədəf qrupunun qadınlar müəyyən edildiyini bildirdi.  "Ümid edirəm ki, layihədə iştirak edən gənc qadınlar əldə etdikləri bilik və bacarıqlar sayəsində gələcəkdə öz sahibkarlıq fəaliyyətlərini qura biləcəklər."

Gənc Politoloqlar Mərkəzinin rəhbərinin müavini layihənin maliyyələşməsində göstərdiyi dəstəyə  görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşkilat adından təşəkkür etdi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Gənc Politoloqlar Məkəzi 1997-ci ildən fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir.

 

 

 

 


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?