• 2018.11.21

Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyəti ilə Türkiyədə səfərdədir.

Baxış sayı: 137
08:00 24/05/18 | Diaspora

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Mayın 23-də nümayəndə heyətimiz Ankaradakı Heydər Əliyev parkını ziyarət edib. Azərbaycan xalqının Ümummilli Liderinin parkdakı abidəsi önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə edilib.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşləri nəzərdə tutulub. Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq. Səfər mayın 26-da yekunlaşacaq.