• 26 Fevral 2020
  • Dollar: 1.7 , Avro: 1.9309 , Rus rublu: 0.026 Türk lirəsi: 0.3202

AFFA daha 7 nəfəri danışılmış oyunlara görə cəzalandırdı

16:14 27/12/19 | İdman

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK  və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar müzakirə olunub.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
 
“Qaradağ Lökbatan” (I Divizion)
1. Məmmərzayev Tural – futbolçu
 
MOİK (I Divizion)
1. Həsənov Orxan – futbolçu
2. Ağakərimzadə Yamin – futbolçu
3. Yaqubzadə Raul – futbolçu
 
"Forza Neftçi" (Futzal, I Liqa)
1. Məmmədov Elmir – məşqçi
 
“Keşlə”
1. Babayev Mehman  - məşqçi
2. Səfərov Asəf – klub rəsmisi
 
Qeyd: Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?