• 26 Fevral 2020
  • Dollar: 1.7 , Avro: 1.9309 , Rus rublu: 0.026 Türk lirəsi: 0.3202

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib

13:20 23/01/20 | Siyasət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Mehriban Əliyeva çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Qusmanın cavan qalmağı bacardığını, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olduğunu qeyd edib.

Birinci vitse-prezident vurğulayıb ki, Mixail Qusman əsl vətənpərvər kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona və ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?