• 26 Fevral 2020
  • Dollar: 1.7 , Avro: 1.9309 , Rus rublu: 0.026 Türk lirəsi: 0.3202

Bakıda daha üç müntəzəm marşrut xətti kart sisteminə keçir

19:00 24/01/20 | Sosial

Bakıda daha üç müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmi nümayəndəsi Vüqar Məmmədzadə AVTO FM radiosunun efirində bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə 67 (Nərimanov-Biləcəri istiqaməti) və 77 (İçəri Şəhər - Yeni Yasamal istiqaməti), 26 (Keşlə-Azadlıq Prospekti istiqaməti) saylı maşrut avtobuslarında yaxın vaxtlarda kart sistemi tətbiq olunacaq.

O əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?