• 26 Fevral 2020
  • Dollar: 1.7 , Avro: 1.9309 , Rus rublu: 0.026 Türk lirəsi: 0.3202

Parlament seçkiləri ilə bağlı daha bir kitabça nəşr edilib

19:54 24/01/20 | Siyasət

Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə bağlı daha bir kitabça nəşr edilib.

“Seçki günü üçün” yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Kitabça məntəqə seçki komissiyalarının üzvlərinin öz vəzifələrini düzgün və qanunun tələbinə uyğun surətdə yerinə yetirmək üçün göstərilən əsas sənədlərlə dərindən tanış olmaları üçün hazırlanıb.

Qeyd edək ki, bundan öncə MSK tərəfindən namizədlər, müşahidəçilər, KİV nümayəndələri və polis əməkdaşları üçün yaddaş kitabçaları nəşr edilib.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?