• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Azərbaycan milli komandaları Olimpiya Təsnifat Turnirlərinə hazırlaşır

14:21 31/01/20 | İdman

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları təlim-məşq toplanışını davam etdirir. Yığmamız hazırlığı Abşeron Olimpiya İdman Kompleksində keçir.

Azərbaycan Boks Federasiyası xəbər verir ki, kişilərdən ibarət millinin baş məşqçisi Umberto Orta Dominqesin rəhbərliyi altında reallaşan məşqlərdə 20 boksçu iştirak edir. Tailanddakı təlim-məşq toplanışından sonra əsas diqqət taktiki-texniki və fiziki hazırlığa yönəlib.

Qadınlardan ibarət komandamız isə 8 boksçu ilə məşq edir. Baş məşqçi Elbrus Rzayev də yetirmələrinə əsasən funksional hazırlıq keçir.

Hər iki yığma gündə 2 dəfə – səhər və axşam məşq edir.

Qeyd edək ki, təlim-məşq toplanışı Tokio-2020-yə lisenziya xarakteri daşıyan Olimpiya Təsnifat Turnirlərinə hazırlıq xarakteri daşıyır.

1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?