• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

"Ötən ay Azərbaycanda 550-dən çox zəlzələ olub" - Qurban Yetirmişli

15:00 04/02/20 | Sosial

“Ötən ay seysmik aktivlik yüksək olub. Həmin dövrdə dünya miqyasında 5 baldan güclü 165 yeraltı təkanın baş verib”.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələyə həsr olunan ümuminstitut seminarda deyib. O, yanvar ayında Azərbaycanda 3 baldan aşağı 550-dən çox zəlzələnin müşahidə edildiyini, maqnitudası 3-dən yuxarı olan isə 4 seysmik təkanının qeydə alındığını deyib. Həmçinin tikinti və şəhərsalma zamanı seysmik ballıq qiymətləndirilmənin aparılmasının zəruriliyinə də toxunub.

Q.Yetirmişli  Elazığ və ətraf şəhərlərin Şərqi Anadolu qırılması üzərində yerləşdiyini, bu bölgədə dəfələrlə maqnitudası 5-dən yuxarı zəlzələlərin olduğunu bildirib. 


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?