• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Son bir ildə 1860 məcburi köçkün özünüməşğulluq proqramı əsasında ailə təsərrüfatlarını yaradıb

16:48 04/02/20 | Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas əhali qruplarından olan məcburi köçkünlərə də üstünlük verilir.

Nazirlikdən bildirilib ki, 2019-cu ildə özünüməşğulluq proqramına cəlb edilənlərdən 1860 nəfəri məcburi köçkünlər olub.

Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb ediliblər. Təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Biznes-planlarını müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər təqdim edilib. Bu aktivlər hesabına həmin şəxslər ailə təsərrüfatlarını qurublar. Qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrədir.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?